Xəbərlər

Azərbaycanda qızıl hasilatı artıb
18 aprel, 2014 09:38

Yanvar-mart ayları ərzində Azərbaycanda 351,8 kq qızıl, 120,9 kq gümüş hasil olunub.

Ertv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin birinci rübünə nisbətən müvafiq olaraq qızılda 31,9% artım və gümüşdə 41,5% azalıb.

Qeyd edək ki, hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış “Production Sharing Agreement” tipli müqavilə çərçivəsində “Gədəbəy” və “Qoşa” yatağından hasil olunur.

Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.

“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanıb. Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 min ton mis hasilatı planlaşdırılır.
 
İlk qızıl və gümüş 2009-cu ilin mayında “Gədəbəy” yatağından hasil edilib.

Bildirək ki, 2013-cü ildə ölkədə qızıl hasilatı 1 619,2 kq təşkil edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.