Ən yaxşı Azərbaycan futbolçuları məlum olub
17 aprel, 2014 08:58
Peşəkar Futbol Liqası Topaz Premyer-liqasının 3 ay ərzində ən yaxşı futbolçularını və ən baxımlı qollarının müəlliflərini mükafatlandırıb.
Mərasim “Fairmont Baku” mehmanxanasında baş tutub.
ERtv xəbər verir ki, “Qəbələ”dən Daniel Subotiç (dekabr) və “Qarabağ”dan Reynaldo (fevral, mart) ən yaxşı futbolçular hesab olunub. Ən yaxşı qolların müəllifləri isə AZAL-dan Con Oluremi (dekabr), Reynaldo (fevral) və yenə Oluremi (mart) sayılıb. Ən yaxşı futbolçular 1500 manat, ən yaxşı qolların müəllifləri isə 1000 manat əldə ediblər.