Xəbərlər

Azərbaycan filmi Kann kinofestivalında
18 aprel, 2014 08:57

67-ci Kann kinofestivalının proqramı elan edilib.

ERtv-nin ANS-Press-ə istinadən verdiyi xəbərə əsasən, bu il münsiflər heyətinə qadın rejissor Ceyn Kempion rəhbərlik edəcək.

Açılış filmi Olivye Daanın Nikol Kidmanın baş rolda çəkildiyi Qreys Kelli barədə “Monako şahzadəsi” olacaq.

Azərbaycan kinosu tarixində ilk dəfə olaraq “Sonuncu” qısametrajlı bədii filmi festivalının əsas müsabiqə proqramlarından biri olan “Qısa metr” proqramına daxil edilib.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Films” şirkətinin istehsalı olan filmin quruluşçu rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov və Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev, Müşfiq Hətəmovdur.

İkinci dünya müharibəsinin veteranı barədə fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən filmdə İdris Rüstəmov və Corc Qafarov çəkiliblər.

Proqramda Azərbaycanla yanaşı, Çin, Gürcüstan, Yaponiya, Kolumbiya, Macarıstan, Fransa, Bülçika və Norveç filmləri nümayiş olunacaq. "Qısa metr" proqramının münsiflər heyətinin sədri dünya şöhrətli İran kinorejissoru Abbas Kiarostamidir.

Festival 14-25 may tarixlərində keçiriləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.