Xəbərlər

Azərbaycanda canavar kəndə hücum etdi
17 aprel, 2014 08:54

Zaqatala rayon sakini adəti üzrə səhər oyanıb, heyvanları otarmaq üçün aparmaq istəyəndə, tövlədə gördüklərindən dəhşətə gəlib.

ERtv ANS PRESS-ə istinadən xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, bu günə kimi kənddə belə bir hadisəyə rast gəlinməyib.

Səhər saatlarına yaxın Aşağı Tala kənd sakini Məhəmməd Həmzəyevə məxsus tövləyə hücum edən canavar 5 baş qoyunu parçalayıb. Amma ev sahibləri hadisədən səhər tövləyə gələrkən xəbər tutublar. Onlar dərhal Rayon Baytarlıq İdarəsinə məlumat veriblər.

Hadisə yerinə gələn Rayon Baytarlıq İdarəsinin rəis müavini Ramazan Ramazanov deyir ki, hazırda hadisə yerinə baxış keçirilib: “Ölən və kəsilən qoyunlarının basdırılması ilə bağlı göstəriş verilib. Qalan yaralı qoyunlar isə müalicə olunacaq. Daha sonra ərazi və tövlədə dezinfeksiya işləri aparılacaq”.

Kənd sakinlərinin sözlərinə görə, Aşağı Tala şəhərə ən yaxın kənd olduğundan kənddə bu günə qədər belə bir hadisəyə təsadüf edilməyib. Şəhər mərkəzinə yaxın əraziyə canavarların soxulmasından isə sakinlər ciddi narahatçılıq keçirir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.