Xəbərlər

Oqtay Əsədov: “Qarabağ münaqişəsi Avropa ilə əməkdaşlığın dərinləşməsinə böyük maneçilik törədir”
16 aprel, 2014 11:19

Milli Məclisin (MM) sədri Oqtay Əsədov Çexiya Parlamenti Senatının Avropa İttifaqı məsələləri Komitəsinin üzvlərini qəbul edib.

ERtv xəbər verir ki, spiker Azərbaycanın Çexiya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini söyləyib və bildirib ki, tarixən mövcud olan münasibətlərimiz Azərbaycan müstəqillik əldə etdikdən sonra keyfiyyətcə yeni səviyyəyə yüksəlib.

“Dövlət başçılarının və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin daha da dərinləşməsi üçün yaxşı zəmin yaradıb. Yüksək səviyyədə aparılan siyasi dialoq iqtisadi münasibətlərimizə də öz müsbət təsirini göstərir. Bu sahədə daha böyük nailiyyətlər əldə etmək üçün geniş imkanlar mövcuddur” - deyən spiker parlamentlərarası münasibətlərin əməkdaşlığımızın daha da dərinləşməsində əhəmiyyətli rol oynadığına diqqət çəkərək, deputatların qarşılıqlı səfərlərini, hər iki ölkə parlamentində dostluq qruplarının mövcudluğunu yüksək dəyərləndirib.

Söhbətdə bildirilib ki, öz iqtisadi inkişafına görə bu gün Cənubi Qafqazda liderliyini saxlayan Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir.

“Ancaq bölgədə mövcud olan Dağlıq Qarabağ münaqişəsi nəinki regionun tərəqqisinə, habelə Avropa ilə əməkdaşlığın daha da dərinləşməsinə böyük maneçilik törədir” - deyə, qeyd edən O.Əsədov Çexiya parlamentində Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə əlaqədar komitə üzvlərinə, Çexiya parlamentinin deputatlarına öz dərin təşəkkürünü bildirib.

O, qeyd edib ki, Çexiya Avropa İttifaqı ölkələri arasında ilk dövlətdir ki, Xocalı soyqırımını tanıyıb.

Çexiya Parlamenti Senatının Avropa İttifaqı məsələləri Komitəsinin sədri, Azərbaycanla parlamentlərarası Dostluq Qrupunun üzvü M.Kreyça ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib.

Qonaq ölkəmizdəki inkişafı yüksək dəyərləndirərək, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensiv xarakter almasının ümumi mənafelərə xidmət etdiyini deyib.
 
M.Kreyça dövlətlərarası münasibətlər sistemində parlamentlərin əhəmiyyətli rol oynadığını qeyd edərək, deputatlarımızın beynəlxalq tədbirlərdəki mütəmadi görüşlərini, onları maraqlandıran məsələlər ətrafında aparılan informasiya mübadiləsini əhəmiyyətli hesab edib.

Söhbətdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, iqtisadi, mədəni, turizm sahələrində əməkdaşlığın daha da dərinləşməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Çexiya Parlamenti Senatının Avropa İttifaqı məsələləri Komitəsinin üzvləri həmçinin, MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüblər.
 
Komitə sədri Səməd Seyidov bildirib ki, Azərbaycan və Çexiya arasındakı münasibətlər qarşılıqlı etibar əsasında qurulub və hər iki ölkə eyni dəyərləri bölüşür.

Söhbət zamanı parlamentlərarası əməkdaşlığın inkişafı, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər müzakirə obyekti olub.
 
M.Kreyça isə Çexiyanın və Azərbaycanın oxşar tarixə malik ölkələr olduqlarını diqqətə çatdırıb.

Çexiyalı parlamentarilər eyni zamanda, MM-in Çexiya ilə parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvləri ilə görüşüblər.

MM-in Çexiya ilə parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü Sahibə Qafarova ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini söyləyib və qeyd edib ki, dövlətimiz müstəqillik əldə etdikdən sonra əməkdaşlığımızın yeni mərhələsi başladı.

“İkitərəfli münasibətlərin möhkəmləndirilməsində deputatların qarşılıqlı səfərləri və keçirilən görüşlər böyük əhəmiyyət kəsb edir. Biz əlaqələrin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, mədəni, elm və təhsil sahələrində genişləndirilməsində maraqlıyıq” - deyə, o, bildirib.
 
M.Kreyça da öz növbəsində qarşılıqlı əlaqələrin bir çox sahələrdə intensiv inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, bunun üçün yaxşı perspektivlərin olduğunu söyləyib.

Qeyd edilib ki, ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərarası münasibətlərin əhəmiyyəti böyükdür və bu baxımdan, parlament dostluq qruplarının üzərinə böyük vəzifələr düşür.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.