Üzgüçümüz Belarus açıq çempionatının qalibi olub
16 aprel, 2014 11:18
Brest şəhərində üzgüçülük üzrə Belarus açıq çempionatı keçirilib.
ERtv xəbər verir ki, azərbaycanlı idmançı iki medal əldə edib.
Onların hər ikisini Elvira Həsənova qazanıb.
Əvvəlcə o, sərbəst üzgüçülük üslubunda 50 m məsafəni 27.69 san. qət edərək qalib olub. 100 m məsafəni isə Elvira Həsənova sərbəst üzgüçülük üslubunda 1 dəq. 00.05 san müddətində başa vuraraq yarışın gümüş medalına layiq görülüb.