Azərbaycanlı atıcı ABŞ-da Dünya Kubokunun finalçısı olub
14 aprel, 2014 15:09
ABŞ-ın Takson şəhərində stend atıcılığı üzrə Dünya Kuboku davam edir.
ERtv xəbər verir ki, qadınlar arasında dairəvi stend atıcılığı üzrə 2000-ci il olimpiya çempionumuz Zemfira Meftəhəddinova 65 xal yığaraq 31 iştirakçı arasında 19-cu yerdə qərarlaşıb.
Nurlana Cəfərova isə finalda altılığa daxil olub 9-xalla 5-ci yeri tutub.