Xəbərlər

Bakıda III “Univiziya” mahnı müsabiqəsinə start verildi
14 aprel, 2014 15:04

Bu gün Bakıda III “Univiziya” tələbə mahnı müsabiqəsinə start verilir.

ERtv xəbər verir ki, layihə Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə keçirilir.

Bu münasibətlə bu gün müsabiqənin püşkatma mərasimi baş tutub. Mərasimdə çıxış edən ATGTİ sədri Şahin İsmayılov deyib ki, builki müsabiqə ötənilkilərdən fərqlənir.

“Belə ki, bu il müsabiqəyə müraciətlər daha çox oldu. Bizə 40 ali və orta ixtisas təhsil müəssisələrindən müraciət daxil olub. Bu il bölgələr daha aktiv şəkildə iştirak etdilər. Həmçinin bu il texniki şərait də yüksək səviyyədə təşkil olundu.
Builki III “Univiziya” tələbə mahnı müsabiqəsində 22 təhsil müəssisəsinin təmsilçiləri iştirak edəcək.

Əsas məqsədimiz odur ki, bu müsabiqəni Azərbaycanda inkişaf etdirək, daha sonra isə beynəlxalq səviyyədə tələbə platforması yaradaq” - deyə o bildirib.

Ş.İsmayılovun sözlərinə görə, bu gün püşkatma mərasimindən sonra sabah final uğrunda mübarizə aparacaq iştirakçıların sıralanması məlum olacaq.

“Finalda qalib olan tələbə-gənc ölkəmizi 14-21 may tarixlərində keçiriləcək beynəlxalq “Univiziya” tələbə mahnı müsabiqəsində təmsil edəcək. İnanıram ki, layiq olan gənc tərəfimizdən seçiləcək” - deyə o qeyd edib.

Daha sonra isə münsiflər heyətinin üzvü əməkdar artist Tünzalə Ağayeva bildirib ki, müsabiqə 3 ildir keçirilir və çox uğurlu alınır.

“Mən 3 ildir bu müsabiqəyə böyük həvəslə qatılıram. Çünki gənclərlə işləmək və onlarda musiqimizə, həmçinin dünya musiqisinə olan sevgini görmək məni çox sevindirir. İnanıram ki, layihə illər keçdikcə daha da böyük marağa səbəb olacaq” -deyə əməkdar artist bildirib.

Gənclər və İdman Nazirliyinin əməkdaşı Elnur Abdullayev deyib ki, sözügedən layihə tələbə təşəbbüsüdür.

“Bu gün burada həmçinin, Naxçıvandan olan tələbələr də iştirak edir. Bu çox sevindiricidir. Bu cür layihələri həyata keçirməkdə məqsəd təbii ki, gənclərdə aktivlik hissini artırmaqdır” - o bildirib.

Modelyer Gülnarə Xəlilova da müsabiqə iştirakçılarına uğurlar arzu edib. O bildirib ki, tələbələrin maraq dairəsini bilmək, onlarla əməkdaşlıq, ünsiyyət hər kəs üçün xoşdur.
 
Layihənin təşkilatçısı Yalçın Cabbarov isə gənclərə məsləhət görüb ki, müsabiqədə aktiv olsunlar.

“Lakin nə olursa-olsun öz peşənizdə qalın. Çünki bu gün Azərbaycanda sadə vətəndaşdan çox müğənni var. Buna görə də peşənizi sevin”  - Y.Cabbarov deyib.

Layihə rəhbəri Natəvan Quliyeva da iştirakçılara uğurlar arzu edib.

Daha sonra isə püşkatma keçirilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.