Xəbərlər

Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti Malayziyada səfərdədir
14 aprel, 2014 15:02

Müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti Malayziyada səfərdədir.

ERtv-nin Müdafiə Sənayesi Nazirliyinin (MSN) saytına istinadən verdiyi xəbərə görə, səfərdə məqsəd aprelin 14-dən 17-dək Malayziyanın Kuala-Lumpur şəhərində keçiriləcək XIV Asiya Müdafiə Xidmətləri Sərgisində (DSA-2014) MSN-in müəssisələrində yaradılan və istehsal edilən müdafiə təyinatlı məmulatların nümayiş etdirilməsidir.  

Qeyd edək ki, dörd gün davam edəcək və 55 ölkədən 800-dən çox şirkətin iştirak etdiyi sərgidə MSN 132 adda məmulat nümayiş etdirəcək.

Səfər çərçivəsində nazir Y.Camalovun Malayziyanın dövlət rəsmiləri və sərgiyə qatılan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.