Xəbərlər

İran səfirliyi azərbaycanlı zəvvarlara kompensasiya ödəyəcək
14 aprel, 2014 15:00

Iranın Ərdəbil vilayətində avtobus qəzası keçirən azərbaycanlı zəvvarların hamısı vətənə dönüb.

ERtv “Səhər” telekanalına istinadən xəbər verir ki, İranın Bakıdakı səfiri Möhsün Pak Ayinin vasitəçiliyi ilə pasportları yanmış 9 zəvvar da Bakıya qayıda bilib.

Məlumatda qeyd edilir ki, Azərbaycanın Biləsuvar sərhəd-keçid məntəqəsində pasportları yanmış 9 zəvvara ölkəyə qayıtmağa icazə verilməyib və onlardan Azərbaycanın İrandakı səfirliyi vasitəsilə yeni pasport almaları üçün Tehrana getmələri istənilib.

Bu səbəbdən digər zəvvarlar ölkələrinə qayıtsalar da, qalan 9 nəfər İranın Biləsuvar sərhəd-keçid məntəqəsində gecələmək məcburiyyətində qalıblar.

Həmin zəvvarlar səfiri Pak Ayinin msəsləyə müdaxiləsindən sonra Bakıya qayıda biliblər. İranın Bakıdakı səfirliyi zəvvarlara kompensasiya da ödəyəcək.

Qeyd edək ki, dünən Kərbəla və Məşəd ziyarətindən qayıdan Azərbaycan vətəndaşlarının avtobusun Ərdəbil ostanında qəzaya uğraması nəticəsində 6 zəvvar bədən xəsarəti alıb.

Qəza nəticəsində od tutub yanan avtobusdan zəvvarlar tez bir zamanda təxliyə olunduğu üçün digərləri ağır bədən xəsarəti dəyməyib.

Hadisə Ərdəbilin Sərçəm yolunun 9-cu və 10-cu tunellərin arasında baş verib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.