Rusiya Federasiyasının Ulyanovsk vilayəti nümayəndə heyətinin səfəri çərçivəsində bu gün Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilir.
ERtv-nin verdiyi xəbərə görə, hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, tikinti, konsaltinq, turizm sahələrində fəaliyyət göstərən 60 -a yaxın şirkət nümayəndəsi iştirak edir.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevbildirib ki, Rusiya Federasiyasının 4 subyekti ilə Azərbaycan arasınsda hökuməylərarası komossiyalar fəaliyyət göstərir, 14 subyekti ilə iqtisadi ticarət elmi-texniki və mədəni sahələrdə sazişlər imzalanıb.
Onun zözlərinə görə, son 4 ildə iki ölkə arasında 17 biznes forum keçirilib.
O bildirib ki, ötən il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 10 faizdən çox artıb. Ötən il Ulyanovsk ilə ticarət dövriyyəsi 13 faiz artıb.
“Hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət var.Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər. Son illər Rusiya tərəfindən Azərbaycanda əsas kapitala 628,4 milyon ABŞ dolları, qeyri-neft sektoruna isə 168,9 milyon dollar investisiya yatırılıb”, - deyə, nazir qeyd edib.
O, bildirib ki, son 10 ildə Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına yatırılmış investisiyaların həcmi 995,5 milyon dollar təşkil edib.
Ulyanovsk vilayətinin qubernatoru-hökumətin sədri Sergey Morozov Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduqlarını deyib.
“Ulyanovsk ölkənin aviasiya mərləzlərindən sayılır. Bu vilayətdə maşınqayırma inkişaf edib. Bizdə nazirlə görüşdə bu və digər sahələrdə nəqliyyat, tikinti sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik”.
Qubernator həmçinin Ulyanovskla gəncə şəhərləri arasında qardaşlaşma müqaviləsi bağlanacağını və bundan sonra yalnız iqtisadi deyil, sosial layihələrdən də danışmağın mümkün olacağını deyib.