Solomon adaları yaxınlığında güclü zəlzələ olub
13 aprel, 2014 12:22
Bu gecə Sakit okeanda Solomon adaları yaxınlığında 8,3 bal gücündə zəlzələ baş verib.
ERtv-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar Solomon adalarındakı Kirakira şəhərindən 108 km cənub-şərqdə, 10 km dərinlikdə qeydə alınıb.
Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.
Sunami təhlükəsi elan olunmayıb.