Xəbərlər

Fransanın internet qəzetində Azərbaycan haqqında məqalə yerləşdirilib
13 aprel, 2014 15:42

Fransada 500 min oxucusu olan “Lüks maqazin” internet qəzetində “Azərbaycan-bütün imkanlara malik ölkə” sərlövhəli məqalə yerləşdirilmişdir.

ERtv AzərTAc-a istinadən xəbər verir ki, məqalənin əvvəlində qədim İpək Yolu üzərində yerləşən, təbii sərvətlərlə zəngin Azərbaycanın hələ XIX əsrin sonlarında “qara qızıl”ın mərkəzi kimi məşhurlaşmağa başlayan paytaxtı Bakının Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər sürətlə inkişaf etdiyi, kosmopolit və mədəni şəhərə çevrildiyi, burada möhtəşəm layihələrin həyata keçirildiyi diqqətə çatdırılır.

Azərbaycanın Şərq ilə Qərb arasında körpü rolunu oynadığını xatırladan müəllif Katya Poleqrino qədim tarixi olan bu müsəlman ölkəsində insanların həm də yüksək Qərb mədəniyyətinə malik olduqlarını qeyd edir.

Azərbaycandakı sabitliyin və sürətli iqtisadi inkişafın avropalı sərmayəçilərin diqqətini cəlb etdiyi və ölkəmizə investisiya qoyuluşunun ildən-ilə artdığı məqalədə xüsusi vurğulanır.

Müəllif, həmçinin dünyəvi respublika olan Azərbaycanda tolerantlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırır.

Bakıda brend otellərin, mağazaların fəaliyyət göstərdiyi qeyd edilən məqalədə şəhərin mərkəzində ucaldılan və bənzəri olmayan “Alov qüllələri”nin paytaxtın əsas rəmzlərindən birinə çevrildiyi, Azərbaycanın dünyada “Odlar yurdu” kimi tanındığı bildirilir.

Məqalədə oxuculara İçərişəhər, burada yerləşən tarixi abidələr haqqında ətraflı məlumat verilir. Həmçinin Bakıda fəaliyyət göstərən muzeylərdən, xüsusilə də Müasir İncəsənət Muzeyindən, o cümlədən dünyada bənzəri olmayan memarlıq abidəsi - Heydər Əliyev Mərkəzindən bəhs edilir.

2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsinin Azərbaycanı dünyaya daha yaxından tanıtdığı, ölkəyə qarşı marağı daha da artırdığı və turist axınına səbəb olduğu diqqətə çatdırılır.

Məqalədə Bakının istər tarixi abidələri, istərsə də müasir arxitekturası ilə bağlı çoxlu şəkil yer almışdır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.