Prezidentlər Xəzərin hüquqi statusunu müzakirə edəcəklər
13 aprel, 2014 13:53
Xəzər hövzəsində yerləşən ölkələrin dövlət başçıları Rusiyanın Astarxan şəhərində görüşəcəklər.
ERtv ANS PRESS-ə istinadən xəbər verir ki, bu ilin sentyabr ayında planlaşdırılan liderlərin görüşündən əvvəl, aprelin 22-də zirvə toplantısına hazırlıq iclasının keçiriləcəyi bildirilir.
Xəzərin hüquqi statusunun müəyyənləşdirlməsi ilə bağlı məsələlər Türkmənistanın Nazirlər Şurasının iclasında gündəmə gətirilib. Türkmənistanın baş nazirinin sözlərinə görə, liderlər arasında keçiriləcək olan zirvə görüşündə Xəzər dənizinin hüquqi statusu müəyyənləşdirmək istiqamətində fikir mübadiləsi aparılacaq.
Zirvə görüşündə Azərbaycan, Türkmənistan, Rusiya, Qazaxıstan və İran prezidentlərinin iştirakı gözlənilir.