Şəkidə ağır yol qəzası baş verib
13 aprel, 2014 13:50
Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 34-cü kilometrliyində, Şəki rayonu Dəhnə kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
ERtv xəbər verir ki, Hyundai Elantra markalı, avtomobil idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı tikiliyə çırpılaraq aşıb.
Qəza nəticəsində avtomobilin sürücüsü 1963-cü il təvəllüdlü, Şəki rayonu Böyük Dəhnə kənd sakini Asiman Cavanşir oğlu Hacıbabayev hadisə yerində dünyasını dəyişib.