Xəbərlər

Azərbaycanın və İtaliyanın şəhərləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
12 aprel, 2014 13:44

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bu ölkənin Lombardiya regionunun Berqamo və Altsano Lombardo şəhərlərinə işgüzar səfər edib.

ERtv xəbər verir ki, səfər çərçivəsində V.Sadıqov Berqamo meriyasında şəhərin bir sıra şirkətlərinin nümayəndələri ilə görüşüb, iki ölkənin müxtəlif sahələrdə fəaliyyət göstərən sənaye müəssisələri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Berqamonun aparıcı işgüzar birliyi olan Berqamo Sənayeçilər Konfederasiyasının direktoru Quido Venturini ilə keçirilən görüşdə səfir Azərbaycanda makroiqtisadi inkişaf sektorunda, əlverişli biznes və investisiya mühitinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, enerji layihələri və prioritet inkişaf sahələri barədə danışıb.

Görüşdə iqtisadiyyatın bir sıra ixtisaslaşmış sahələrində Berqamo ilə Azərbaycanın şəhərləri arasında təcrübə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Bu ilin fevralında Berqamonun Ticarət və Sənaye Palatasında Azərbaycan ilə bağlı seminarın müvəffəqiyyətlə keçirildiyini və yerli iş adamları tərəfindən maraqla qarşılandığını xatırladan Quido Venturini, bu kimi tədbirlərin ölkəmizin bir çox sahələrdə imkanları ilə tanış olmaq baxımından vacibliyini vurğulayıb.

Qeyd edib ki, Berqamonun iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana nəzərdə tutulan səfəri bu baxımdan böyük əhəmiyyət kəsb edir.

V.Sadıqov ilə Altsano Lombardo şəhərinin meri Doriano Bendotti arasında keçirilən görüşdə Azərbaycanın və İtaliyanın şəhərləri arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfir, həmçinin “Lions Club” humanitar təşkilatının yerli nümayəndəliyinin üzvləri üçün təşkil olunmuş toplantıya dəvət olunub. Azərbaycana dair geniş məruzə ilə çıxış edən V.Sadıqov ölkəmizdə son illərdə müşahidə olunan sürətli inkişaf prosesləri, Azərbaycanın sivilizasiyalararası dialoq mərkəzi kimi mövqeyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, İtaliya ilə münasibətlər barədə geniş məlumat verib.

Tədbirdə Azərbaycana həsr olunmuş videoçarx nümayiş etdirilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.