Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq Lənkəran rayonunun Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun inşasına başlanılıb.
ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılmış vəsait hesabına inşa edilən yoldan rayonun 10 mindən çox sakini yararlanacaq.
Rayon mərkəzindən 30 kilometr aralıda yerləşən, uzun illər bərbad vəziyyətdə olan və sakinlərin gediş-gəlişində çətinliklər yaradan avtomobil yolunun birinci hissəsi 1960, ikinci hissəsi isə 1976-cı illərdə çəkilmişdir. Ötən illər ərzində yolun 18 kilometrlik ərazisində heç bir əsaslı təmir işləri görülməmişdir.
Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun iki ay müddətində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.