Azərbaycan Ordusunun hərbçisi intihar edib
10 aprel, 2014 10:13
Azərbaycan Ordusunun giziri intihar edərək həyatına son qoyub.
ERtv-nin məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Belə ki, hərbi hissənin giziri, Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılmış Ələkbərov Samir Sərxan oğlu bilinməyən səbəbdən özünü asıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.