Facebook mobil istifadəçiləri “Messeger”dən yükləməyə məcbur edəcək
10 aprel, 2014 10:12
Mobil avadanlıqda Fecebookdan istifadə edənlər sosial şəbəkəyə müxtəlif məlumatlar göndərmək üçün onun “Messenger” proqramını yükləməyə məcbur olacaq.
ERtv “Tjournal” nəşrinə istinadən xəbər verir ki, şirkət nümayəndəsinin məlumatına görə, smartfonlarda Facebook ismarışlarının funksionallığının itməsi test xarakterli olmayıb, bütün dünyada tətbiq olunacaq proqramdır.
Bununla belə proqram saxlancı məhdud olan bəzi ucuz Androidlərə ilk zamanlar “Messenger” yükləmək ehtiyacı olmayacaq. “Windows Phone” və digər planşetlərin sahibləri də Facebookda ismarışların ənənəvi funksionallığından istifadə edə biləcək.