Xəbərlər

Gürcüstanda Slovakiyanın bayrağı yandırıldı
10 aprel, 2014 10:12

Tbilisidə müxalifət mitinqinin dağıdılmasının 25-ci ildönümünə həsr olunmuş nümayiş insidentsiz ötüşməyib.

Abidə önünə qoyulan əklillərdən birinin üzərindəki ağ-göy-qırmızı rəngli bayraq nümayiş iştirakçılarını qıcıqlandırıb.

Lenti Rusiya bayrağı bilən nümayişçilər onu tapdalayaraq yandırıblar. Sonradan məlum olub ki, əklil Slovakiya nümayəndə heyəti tərəfindən qoyulub.

ERtv gürcü mətbuatına istinadən xəbər verir ki, rəsmi Tbilisi Slovakiya nümayəndə heyətinə Gürcüstan tarixinə göstərdiyi hörmətə görə rəsmi olaraq minnətdarlığını bildirib və lentlə bağlı insidenti pisləyərək hadisənin “düşünülmədən” baş verdiyini ifadə edib.

Hadisədə müqəssir olan Tbilisinin Samqorski rayon administrasiyası rəhbərinin müavini Beso Qazdeliani üzr istəməkdən imtina edib.

Xatırladaq ki, 25 il əvvəl Tbilisidə səhər saat 4:00 radələrində Rustaveli prospektində parlament binası qarşısında Sovet İttifaqının xüsusi təyinatlı dəstələri və daxili qoşunlar çoxsaylı mitinq iştirakçılarına qarşı güc tətbiq ediblər. Mitinqə toplaşanlar Gürcüstanın dövlət müstəqilliyinin bərpasını və onun Sovet İttifaqı tərkibindən çıxmasını tələb edirdilər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.