Xəbərlər

Azərbaycan prezidentinin İrana rəsmi səfəri çərçivəsində iki ölkə arasında dörd sənəd imzalanıb
09 aprel, 2014 20:30

Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində iki ölkə arasında sənədlərin imzalanması mərasimi keçirilib.

ERtv-nin APA-ya istinadən verdiyi xəbərə əsasən, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə İİR Gənclər və İdman Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumuna Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın gənclər və idman naziri Mahmud Qudərzi imza atıb.
 
Azərbaycan Fövqəladə Hallar Nazirliyi və İran Daxili İşlər Nazirliyi arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqda anlaşma memorandumu imzalanıb. Sənədi Elmar Məmmədyarov və İran daxili işlər naziri Əbdülrza Rəhmani imzalayıb.
 
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikası Yol və Şəhərsalma Nazirliyi arasında hidrometeorologiya məsələləri ilə bağlı əməkdaşlıq haqda anlaşma memorandumu da imzalanıb. Sənədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və İranın yol və şəhərsalma naziri Abbas Axundi imza atıb.
 
Daha sonra Azərbaycan və İran hökumətləri arasında Ordubad və Marazan Su Elektrik stansiyalarının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın energetika naziri Həmid Çitçian imzalayıblar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.