İlham Əliyev İrana səfər edib
09 aprel, 2014 20:29
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da İran İslam Respublikasına rəsmi səfər edib.
ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, Azərbaycanın və İranın dövlət bayraqları ilə bəzədilmiş Tehranın “Mehrabad” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşıladılar.