Azərbaycanlı idmançı universal döyüş növləri üzrə Avropa çempionu oldu
09 aprel, 2014 20:26
Rusiyanın Medın şəhərində universal döyüş üzrə gənclər arasında Avropa Çempionatı keçirilib.
ERtv xəbər verir ki, yarışlar qızlar və oğlanlar arasında iki ayrı yaş kateqoriyası üzrə aparılıb.
Azərbaycan yığmasına qızıl medal qazandıran idmançımız Xəyalə Kərimova olub. O, 10-11 yaş kateqoriyasında 25 kq-a qədər çəki dərəcəsi olan idmançılar arasında yarışıb.
Yarışın qalibləri və mükafatçıları “Unifight” Avropa Kontinental Həvəskar Beynəlxalq Federasiyasının medal və diplomları ilə təltif olunub.