Xəbərlər

CHP sədrini yumruqlayan AKP üzvü imiş
09 aprel, 2014 20:01

Aprelin 8-də Türkiyə Böyük Millət Məclisində Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna hücum edən şəxsin siyasi mənsubiyyəti bəlli olub.

ERtv APA-ya istinadən xəbər verir ki, K.Kılıçdaroğlunu yumruqlayan Orhan Övet adlı şəxsin hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olduğu ortaya çıxıb. Bunu AKP liderinin müavini Hüseyn Çelik açıqlayıb.

H.Çelik O.Övetin 2012-ci ildə Ankaranın Almadağ rayonunda partiyaya üzv yazıldığını bildirib.

“9 milyondan çox üzvümüz var. Çoxlu sayda cinayət törətmiş bir adamın partiyaya qəbulunu ciddi diqqətsizlik kimi qiymətləndiririk. O, artıq partiyadan qovulub. Hörmətli Kılıçdaroğluna bir daha keçmiş olsun diləklərimizi çatdırırıq”-deyə, o bildirib.  

CHP-nin başqan müavini Gürsəl Tekin isə O.Övetin AKP üzvü olduğunu hadisə baş verən axşamdan bildiklərini söyləyib.

“İstintaqa mane olmamaq üçün bunu açıqlamadıq və hökumətdən açıqlama gözlədik”, - deyə, G.Tekin qeyd edib.

G.Tekin O.Övetin bəzi siyasətçilər və millət vəkilləri ilə əlaqəsi olduğuna işarə vurub.

“Bu şəxsin siyasətçilərlə, millət vəkilləri ilə əlaqəsi olub-olmadığını önümüzdəki günlərdə görəcəyik. Biz hələlik sübutu olmayan hər hansı iddianı paylaşmağı doğru saymırıq”, - deyə, o vurğulayıb.  

CHP Orhan Övetin parlamentin binasına kimin dəvəti ilə daxil olduğu və içəridə kimlərlə görüşdüyünün araşdırılmasını tələb edir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.