Ukrayna Rusiya qazından imtina etdi
09 aprel, 2014 20:00
Ukrayna “Qazprom”un müəyyən etdiyi olduqca yüksək qiymətlər səbəbindən Rusiyadan qaz nəqlini dayandırıb.
ERtv İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Yuri Prodanməlumat verib.
Prodanın sözlərinə görə, Ukrayna 2014-cü ilin birinci rübündə müəyyən edilmiş köhnə qiymətlərin bərpa olunmasına dair danışıqlar aparmaq niyyətindədir.
Bununla yanaşı nazir bildirib ki, Kiyev mart ayında alınan qaza görə hələ borcunu ödəməyib. O əlavə edib ki, ötən ay qaz tədarükünə görə 550 milyon dollardan artıq borc yaranıb.