Avropa üçün “Cənub axını” qaz kəməri, Rusiyanın təkidinə baxmayaraq, siyasi prioritet deyil, layihə “Şimal axını”ndan fərqlənsə də, təchizatçı eynidir – “Qazprom”.
ERtv-nin Ukraynanın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Avropa Komissiyasının (AK) sədri Joze Manuel Barrozodeyib.
Onun sözlərinə görə, əgər Azərbaycan Rusiyanın təzyiqlərinə müqavimət göstərə bilsə, “Cənub axını”nın yerinə Avropa üçün Azərbaycandan İtaliya vasitəsilə çəkiləcək qaz kəməri prioritet ola bilər. AK sədri həmçinin Bolqarıstanı Rusiya ilə qaz kəmərləri layihələrinin həyata keçirilməsinə ehtiyatla yanaşmağa, enerji diversifikasiyasını təmin edəcək digər qaz kəmərlərinə üstünlük verməyə çağırıb.
Qeyd edək ki, 2012-ci ilin dekabrında əsası qoyulan “Cənub axını” layihəsinin dəyəri 16 mlrd. avro, nəqletmə gücü ildə 63 mlrd. kubmetrdir. Hazırda Rusiya, Bolqarıstan və Serbiyada kəmərin tikintisi gedir. Kəmərin 2015-ci ildə işə salınması gözlənilir. Layihə tam gücü ilə 2018-ci ildə işləyəcək.