Xəbərlər

Qənirə Paşayeva AŞPA-da Nazirlər Komitəsini Ermənistana təzyiq göstərməyə çağırıb
07 aprel, 2014 20:22

Bu gün AŞPA-nın yaz sessiyasının ilk günündə Nazirlər Komitəsinin sədri Sebestian Kurts Assamleya üzvləri qarşısında çıxış edib və nümayəndə heyəti üzvlərinin suallarını cavablandırıb.

Azərbaycan  nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Nazirlər Komitəsi sədrinə Dağlıq Qarabağ münaqişəsi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır öz evinə dönə bilməməsi,  Ermənistanın mülkü azərbaycan vətəndaşlarını atəşə tutması, rəsmi İrəvanın beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymaması barədə suallar ünvarlayaraq Nazirlər Komitəsini Ermənistana təzyiq göstərməyə şağırıb. Millıt vəkili Qənirə Paşayeva deyib:

 ”Ermənistan Silahlı Qüvvələri  atəşkəs rejimini pozaraq  menim millet vekili seçildiyim bölgede 9 gün əvvəl mülki vətəndaş Etibar Tağıyevi snayperlerle hedefe alaraq yaralayıblar. Bundan başqa çoxlu sayda sivil insanlar, onların evləri atəşə tutulub və böyük zərər yetirilib və bu kimi hallar tez-tez baş verir. Sedr kimi bu hallara münasibetinizi bimək istərdim. Eyni zamanda Ermenistanın işğalının davam etmesi üzünden 20 ilden artıqdır ki, evlerine done bilmeyen 100 minlerle azerbaycanlı köşkünler onların pozulan haqlarının müdafiesi ve öz evlerine döne bilmek istiqametinde sizden – AŞ Nazirlər Komitəsindən 1416 saylı qətnamənini yerinə yetirilməsində destek gözleyirler. 9 il əvvəl qəbul edilmiş qətnamənin icra olunması istiqamətində AŞ niyə qəti addımlar atmır? Bu məsələ sizi bir sədr kimi narahat edirmi?”
 
 Nazirlər Komitəsinin sədri Sebestian Kurts millət vəkili Qənirə Paşayevanın suallarına cavab olaraq deyib ki, Daglıq Qarabağ münaqişəsinin  həlli  çox  uzanır və bu münaqişənin öz həllini tapması lazımdır. “Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, haqlısınız, bu münaqişə uzun zaman sürür və bunun həlli hamımız üçün olduqca vacibdir. Bilirəm ki, ATƏT-in Minsk qrupu bu yöndə öz işini davam etdirir və məndə olan məlumatlara görə yaxınlarda hər iki ölkənin prezidentləri səviyyəsində görüşün təşkil olunması prosesi gedir. Hər iki ölkənin xarici işlər naziri mütəmadi olaraq təmasdadılar və biz də bu görüşlərin Vyanada keçirilməsi üçün daima hazırıq. Biz də öz növbəmizdə bu danışıqlara, sülh həllinin tapılması istiqamətində öz töhvəmizi verməyə hazırıq. Burada yeganə məqsəd bu münaqişəyə mükün qədər tez bir zamanda son qoymaqdır”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.