“Qarabağ” qələbə seriyasına görə rekord əldə edib
07 aprel, 2014 20:21
Topaz Premyer-Liqasının 29-cu oyununda “Azal” üzərində qələbə “Qarabağ” Futbol Klubunun hazırkı çempionatda ardıcıl olaraq 6-cı qələbəsidir.
ERtv klubun saytına istinadən xəbər verir ki, builki mövsüm komandaları içərisində bu ən yüksək göstəricidir. Ümumiyyətlə, Qurban Qurbanovun yetirmələri sonuncu 10 oyunda 9 qələbə qazanıb.
Bundan əlavə, ardıcıl olaraq son 5 oyunda “Qarabağ” öz qapısından top keçirməyib. Daha dəqiq desək, Ağdam komandasının qapısından artıq 457 dəqiqədir ki, top keçməyib.