Görkəmli aktyor Mustafa Mərdanovun 120 illik yubileyi qeyd olunacaq
07 aprel, 2014 20:19
“O olmasın, bu olsun” filmindəki “intellegent” Həsən bəy obrazını canlandıran görkəmli aktyor Mustafa Mərdanovun 120 illik yubileyi qeyd olunacaq.
ERtv xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Akademik Milli Dram Teatrında keçiriləcək.
Aprelin 10-da keçiriləcək tədbirdə ölkənin teatr və kino xadimlərinin iştirak edəcəyi gözlənilir.
Yubiley tədbirində aktyorun teatr və kino fəaliyyətini əks etdirən videoçarx, eləcə də onun iştirak etdiyi tamaşalardan və filmlərdən parçalar nümayiş olunacaq.