Xəbərlər

"Ərdoğanın Azərbaycana növbəti səfəri ölkələr arasında qarşılıqlı anlaşma olduğunu bir daha göstərdi"
06 aprel, 2014 17:13

Bu sözləri "New Baku Post" qəzetinin redaktoru, politoloq Tofiq Abbasov Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini şərh edərkən deyib. O bildirib ki, Ərdoğanın Azərbaycana növbəti səfəri iki ölkə arasında qarşılıqlı anlaşma və əlaqələrin olduğunu bir daha göstərdi. Ekspert əmindir ki, yaxın müddətdə iki ölkə arasındakı əlaqələr artan xətlə davam edəcək.

"Hər iki ölkənin regionun landşaftını dəyişmək və Avrasiya məkanında əhəmiyyətli rola sahib olmaq üçün çox yaxşı ilkin şərtlər mövcuddur", - deyə o qeyd edib. T.Abbasov xatırladıb ki, Ərdoğanın Azərbaycana səfərinədək iki ölkə arasında hərbi-siyasi əməkdaşlığa dair müqavilənin imzalanacağı gündəmə gəlmişdi: "Prinsipcə, Azərbaycan ilə Türkiyə arasındakı qarşılıqlı əlaqələr elə geniş səviyyəlidir ki, hətta bu cür müqavilənin imzalanmasına ehtiyac yoxdur". Politoloq bildirib ki, regional, geosiyasi problemlər, türk icmasının dünya ilə əlaqələri məsələlərində hər iki ölkənin eyni mövqedən çıxış etdiyini vurğulayıb. "Bizim siyasi elitalarımız arasındakı əlaqələr mütəmadi xarakter daşıyır. Bu isə onu göstərir ki, biz, doğrudan da, bir-birimizi tamamlayırıq və maraqlarımız üst-üstə düşür", - deyə o bildirib. Politoloq onu da deyib ki, Azərbaycan və Türkiyə - bəzən prioritetləri və bəzi məsələlərə baxışı fərqli ola biləcək iki suveren dövlətdir:

"Baxış və yanaşma tərzi fərqli ola bilər. Bu isə təbiidir. Çünki beynəlxalq xarakterli problemlərə hər tərəfin öz baxışı olur. Ancaq fikir ayrılığının olması, hətta nəzəri cəhətdən də mümkün deyil". Xatırladaq ki, aprelin 4-də geniştərkibli görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birə mətbuat konfransı keçirilib. "Biz Türkiyənin uğurlarını öz uğurlarımız kimi qəbul edirik. Bütün uğurlara sevinirik və çox şadıq ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri dinamik inkişaf dövrünü yaşayır. Biz bütün sahələrdə qardaş, dost kimi birgə fəaliyyət göstəririk. Bugünkü səfər əsnasında apardığımız danışıqlar və etdiyimiz söhbətlər bir daha bizim birliyimizi təsdiq edir. Biz siyasi sahədə müttəfiqik. " - Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, "Bizim aramızda təbii ki, siyasi, hərbi, mədəni, iqtisadi, ticarət, - bütün bu sahələrdəki birlik, həmrəylik qardaşlığımızın hansı səviyyədə olduğunu göstərən ən gözəl nümunələrdir. Gələcəkdə inanıram ki, çox ciddi sərmayələri birlikdə yatıracağıq.Bizim bu həmrəyliyimiz, bu qardaşlığımız bundan sonrakı dövrdə də eyni qətiyyətlə davam edəcəkdir. Bu məsələdə tərəflərdə heç bir narahatlıq yoxdur.".

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.