Xəbərlər

Azay Quliyev: “Bakı və Ankaranın prioritet məsələlərdə maraqları eynidir”
04 aprel, 2014 11:14

Bu barədə 1news.az-ın müxbirinə Milli Məclisin deputatı Azay Quliyev bildirib.

Türkiyənin baş naziri bu gün Azərbaycana işgüzar səfərə gəlib. Səfər zamanı iki ölkə arasında hərbi-siyasi sahədə bir sıra sazişlərin imzalanması gözlənilir.

Deputatın sözlərinə görə, Ərdoğanın növbəti dəfə inamlı qələbəsi bir daha göstərdi ki, əhalinin böyük əksəriyyəti hazırki hökumətə və onun uğurla həyata keçirilən kursuna etibar edir.

“Türkiyə stabil və inkişaf edən dövlətdir və bunda ölkənin baş nazirinin böyük xidmətləri var. Ərdoğan 12 il ərzində Türkiyə iqtisadiyyatına böyük töhfə verib. Türkiyə bu gün dünya iqtisadiyyatında layiqli yer tutur”, - deyə deputat qeyd edib.

A.Quliyevin sözlərinə görə, görüş çərçivəsində tərəflər iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın dərinləşdirilməsi, həmçinin hərbi-strateji tərəfdaşlıq kimi mühüm məsələlər müzakirə olunacaq.

“Heç şübhəsiz ki, görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması və Dağlıq Qarabağ münaqişəsi, həmçinin təhlükəsizlik məsələləri müzakirə olunacaq”, - deyə deputat qeyd edib.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Azərbaycan və qardaş Türkiyə üçün prioritet vəzifədir və bizim dövlətin Azərbaycan ərazilərinin 20 faizini işğal edən Ermənistana qarşı mövqeyi eynidir. Türkiyə hökuməti artıq dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin yoluna qoyulması, xüsusən də, sərhədlərin açılması Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərini yerin yetirməyincə və öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmayınca aktual ola bilməz”, - deyə A.Quliyev bildirib.

O həmçinin Ermənistanın Türkiyənin özünə qarşı irəli sürdüyü ərazi iddialarını xatırladıb.

“Ermənistan konstitusiyasında göstərilib ki, guya Türkiyə ərazilərinin müəyyən hissəsi Ermənistana məxsusdur və bu qətiyyən həqiqətə uyğun deyil. Bununla yanaşı Ermənistan fəal şəkildə qondarma “erməni soyqırımı” mövzusunu qabardır və bununla dünya ictimaiyyətinin diqqətini cəfəngiyyatdan ibarət olan və tarixi sübutlara malik olmayan uydurma fakt və rəqəmlərə cəlb edir.

Ermənistan bu kimi yalan ittihamlarla nəinki erməni-türk sərhədlərinin açılmasına və Türkiyə ilə münasibətlərin yoluna qoyulmasına nail olacaq, hətta əsassız ümidlər vəd edən hərtərəfli inteqrasiya layihələrinin iştirakçısı olsa belə özünü saldığı iqtisadi təcrid vəziyyətdən də çıxa bilməyəcək”, - deyə parlamentari bildirib.

Bakı və Ankara arasında gələcək inkişaf perspektivlərinə gəldikdə isə azərbaycanlı deputatın fikrincə, onlar qarşılıqlı etibar və tərəfdaşlıq müstəvisində inkişaf edəcək ki, bu da stabil münasibətlər üçün ilkin şərtdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.