Xəbərlər

İlham Əliyev Tacikistanın xarici işlər nazirini qəbul edib
04 aprel, 2014 11:12

AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, dövlətimizin başçısı Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı.

Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərin əlaqələrimizin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmini qeyd etdi.

Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini diqqətə çatdırdı. Prezident İlham Əliyev Tacikistanın xarici işlər naziri Sirociddin Aslovun Azərbaycana səfərinin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Tacikistanın xarici işlər naziri Sirociddin Aslov Prezident Emoməli Rəhmonun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Prezident Emoməli Rəhmonun Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət məktubunu dövlətimizin başçısına təqdim etdi.

Görüşdə Azərbaycan ilə Tacikistan arasında əməkdaşlıq üçün yaxşı hüquqi bazanın mövcudluğu vurğulandı, ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, ticarət, sənaye, sərmayə qoyuluşu və digər sahələrdə əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirildi.

Dövlətimizin başçısı Prezident Emoməli Rəhmonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Tacikistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.