Çempionatın ikinci günündə 57 və 61 kq sərbəst, 53 və 60 kq qadın güləşçilər mübarizə aparıb. Güləşçilərimiz 1 qızıl medal qazanıb.
57 kq-da Qalib Əliyev 1/4 finalda Gennadi Tulbea (Monako) ilə qarşılaşıb. Güləşçimiz 6:5 hesabıyla öndə olsa da, rəqibin əks fəndi ilə məğlub olub. Təsəlliverici görüşə qatılmaq imkanını da əldən verən güləşçimiz çempionatı medalsız tamamlayıb.
61 kq-da Hacı Əliyev inamlı təsir bağışlayıb. 1/8 finalda Aleksandr Semisorovu (Almaniya) 14:4, 1/4 finalda isə gürcüstanlı Beka Lomtadzeni 12:6 hesabıyla üstələyib. Yarımfinalda Ukrayna güləşçisi Vasil Şuptar ilə gərgin keçən qarşılaşmanı da 9-7 öz xeyrinə başa vuran Hacı finala vəsiqə qazanıb. Finalda onun rəqibili Rusiya təmsilçisi Bekxan Qoyqereyev olub. 12-5 hesabı ilə rəqibini üstələyən güləşçimiz Avropa çempionu adına layiq görülüb.
Qadın güləşçilərimizdən Patimat Baqomedova (53 kq) 1/8 finalda Laura Mertensə (Almaniya) 7:2 hesabıyla qalib gəlib. Ancaq 1/4 finalda güləşçimiz Yunanıstandan olan Mariya Prevolarakiyə uduzub. Rəqib finala qədər irəlilədiyindən Patimat təsəlliverici görüşə qatılıb və İtaliya güləşçisi Françeska Morini tam üstünlüklə (10:0) məğlub edib. Həlledici görüşdə onun rəqibi Rumıniyadan Anna Paval olub. Hesab bərabər olsa da təmsilçimiz xəbərdarlıq aldığına görə görüşü məğlub başa vurub.
60 kq-da yarışan Yuliya Ratkeviç 1/8 finalda Macarıstan təmsilçisi Ramano Qalamboşu 6:2 hesabıyla üstələyib. Lakin 1/4 finalda təmsilçimiz Mustafa Yuseynə (Bolqarıstan) məğlub olub - 4:8 və mübarizəni dayandırıb.
57 kq
1/4 final - Qalib Əliyev - Gennadi Tulbea (MON)
Təsəlliverici görüş - Qarik Barseqyan (ARM) - Qalib Əliyev 4-1
61 kq
1/8 final - Hacı Əliyev - Aleksandr Semisorov (GER) 14-4
1/4 final - Beka Lomtadze (GEO) - Hacı Əliyev 6-12
1/2 final - Vasil Şuptar (UKR) - Hacı Əliyev 7-9
FİNAL - Bekxan Qoyqereyev (RUS) - Hacı Əliyev 5-12