Xəbərlər

İsa Hüseynov sazın sədaları altında dəfn edildi
04 aprel, 2014 10:09

ANS PRESS-ə istinadən xəbər verir ki, öncə mərhumla Akademik Milli Dram Teatrının binasında vida mərasimi keçirilib.

Vida mərasimində Baş nazir Artur Rəsizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq yazıçıları Anar, Elçin Əfəndiyev, dövlət müşaviri Kamal Abdulla, xalq şairləri Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Fikrət Qoca, Eldar Quliyev, Nəriman Həsənzadə, millət vəkilləri və digər tanınmışlar iştirak ediblər.

Mərasimdə nazir Ə.Qarayev “İsa Hüseynovun əsərləri Azərbaycan ədəbiyyatının ən mükəmməl nümunələridir” - deyə, bildirib.

Yazıçı Anar da İ.Hüseynov haqqında danışıb.

“Onun ədəbiyyatımızda yeri əbədi olaraq qalacaq. Mən onunla tez-tez danışırdım. Onun aramızdan belə tez gedəcəyinə inanmazdım” - deyə, A.Rzayev deyib.

Vida mərasimindən sonra xalq yazıçısı Fəxri xiyabanda torpağa tapşırılıb.

Mərhumun məzarı üstündə dəfn mərasimi zamanı saz çalınıb. Məlumata görə, yazıçı bunu özü vəsiyyət edib.

Qeyd edək ki, İ.Hüseynov aprelin 1-də ürək çatışmazlığından dünyasını dəyişib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.