Xəbərlər

Sosial şəbəkədə ciddi mübahisəyə səbəb olan videoya yol polisindən açıqlama
04 aprel, 2014 09:07

ANS PRESS-ə istinadən xəbər verir ki, məlumatlarla yanaşı, bu əməlləri təsdiqləyən video görüntülər də paylaşılıb.

Videodan görünür ki, mülki geyimli şəxs avtomobili saxlayır. O, özünü Səbail rayon yol polisi kimi təqdim edir. Mülki geyimli şəxs sürücüdən sənədlərini tələb edir. Daha sonra, sürücünü “kişisən?”, “niyə qorxursan?” və s. kimi kəlmələrlə qıcıqlandırır. Sonradan mübahisə yaranır. Sürücünü sürüb qaçmaq istəyəndə isə yol polisi geyimində olan şəxs onu qovmağa başlayır.

Sosial şəbəkələrdə paylaşılan videoya şərh verilərkən bildirilir ki, həmin mülki geyimli şəxs yol polisi ilə əlbir olub, vətəndaşları avtomobil idarə edərkən qayda pozmağa təhrik edir.

Məsələ ilə bağlı Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov ANS PRESS-ə verdiyi məlumatda bu barədə xəbərsiz olduğunu deyib. Onun sözlərinə görə, belə hallarla bağlı idarəyə heç bir şikayət daxil olmayıb.

V.Əsədov deyir ki, bu çox ciddi məsələdir. Əgər kimsə mülki geyimdə polis olduğunu deyib, sürücünü saxlayırsa, bu birbaşa cinayətdir.

“Mən özüm mülki geyimdə olan zaman, heç bir halda sürücünü saxlamağa ixtiyarım yoxdur. Bu dələduzluqdur. Bu hal baş verirsə, həmin şəxs cinayət edir. Kimsə ya polis adından istifadə edir, yaxud da, polis olmasından istifadə edir. Həmin şəxs birbaşa məsuliyyət daşıyır”, - deyə V.Əsədov vurğulayıb.

Vaqif Əsədov onu da əlavə edib ki, məsələ araşdırılacaq və günahkar cəzalandırılacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.