Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiya Federasiyasının Stavropol diyarı hökumətinin sədr müavini Andrey Murqa ilə görüşdə deyib.
Onun sözlərinə görə, Rusiya tərəfindən Azərbaycanda qeyri-neft sektoruna yatırılan investisiya isə 168,9 milyon dollar təşkil edib.
Nazir qeyd edib ki, Azərbaycan tərəfdən Rusiya iqtisadiyyatına qoyulmuş investisiyanın həcmi 10 ildə 995,5 milyon dollar olub. Ş.Mustafayev hazırda Azərbaycanda Rusiya kapitallı 570 şirkətin fəaliyyət göstərdiyini bildirib. “Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər”, - deyə nazir əlavə edib.
Nazir Azərbaycanın Rusiyanın federal subyektləri ilə uğurla əməkdaşlıq etdiyini, Azərbaycan Rusiya arasına keçirilən ənənəvi regionlararası forumların ikitərəfli əməkdaşlığın inkişafında faydalı olduğunu qeyd edib.
“Rusiyanın 4 subyekti ilə Azərbaycan arasında hökumətlərarası kommisiya fəaliyyət göstərir, 14 subyekti ilə, o cümlədən Stavropol diyarı ilə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə sazişlər imzalanıb. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyəsi 10%-dən çox, Stavropol ilə isə 60%-ə yaxın artıb”, - Ş.Mustafayev deyib.