Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycanın və qonşu ölkələrin "Love Me, Love Me Not" müasir incəsənət sərgisi açılır.
Trend-in məlumatına görə, aprelin 4-də açılacaq sərgi mayın 25-dək davam edəcək.
"Love Me, Love Me Not" Azərbaycanın və qonşu ölkələrin müasir incəsənət əsərlərini nümayiş edən sərgidir. Sərgidə Azərbaycan, İran, Rusiya və Gürcüstanı təmsil edən 16 rəssamın son illərdə yaratdığı əsərlər nümayiş olunacaq. Bakıda yerləşən və müasir incəsənət sahəsində fəaliyyət göstərən "YARAT" qeyri-hökumət təşkilatı tərəfindən təşkil olunan və dəstəklənən və kuratoru xanım Dina Naseri-Xadivi olan bu tədbir 2014-cü ilin 4 aprel - 25 may tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində, Heydər Əliyev Mərkəzində keçiriləcək.
Əsərləri nümayiş olunacaq rəssamlar:
Faiq Əhməd (Azərbaycan)
Rəşad Ələkbərov (Azərbaycan)
Əfruz Amiqi (İran)
Şoca Azəri (İran)
Rəşad Babayev (Azərbaycan)
Mahmud Baxşi (İran)
Əli Bənisədr (İran)
Əli Həsənov (Azərbaycan)
Orxan Hüseynov (Azərbaycan)
Sitara İbrahimova (Azərbaycan)
Aida Mahmudova (Azərbaycan)
Taus Maxaçeva (Rusiya)
Fərhad Moşiri (İran)
Fərid Rəsulov (Azərbaycan)
"Slavyanlar və Tatarlar" qrupu ("Avrasiya")
İliko Zautaşvili (Gürcüstan)
Xanım Dina Naseri-Xadivinin dediyinə görə, bu sərgidə nümayiş olunacaq hər bir iş tamaşaçılara əsərləri sərgidə təqdim olunan ölkələrin sənətinə ən azı yeni bir nöqteyi-nəzərdən baxmaq imkanı verir və əhatə olunan sahələr barədə daha dərin biliklərlə paylaşmaq məqsədi güdür: "Ayrıca bir sərgidə bu cür rəssamların ərsəyə gətirdiyi işlərin nümayişi son nəticədə tamaşaçıların tarix və coğrafiya məsələləri qavramasını şübhə altına qoyur."
Sərgidə videoçarxlar, instalyasiyalar və rəngkarlıq əsərləri daxil olmaqla, müxtəlif materiallardan hazırlanmış və müxtəlif mövzuları əhatə edən işlər təqdim olunur. Nümayiş olunan əsərlər sırasında tarixi hadisələri əks etdirən və ya müəyyən məkanla bağlı işlər, habelə şəxsi təəssüratlar nəticəsində yaradılan nümunələr var.
Rəssam Faiq Əhmədin yaratdığı əsərlərin əsas mövzusu Azərbaycan xalçalarına xas olan süjetlərdir. O, həmin süjetləri, Azərbaycanın müasirlik istiqamətində sıçrayışını xüsusən vurğulamaqla, yeni tərzdə yaradır. Onun 2012-ci ildə yaratdığı "Adsız" adlı iplər instalyasiyası ənənəvi toxuma texnologiyalarına olan baxışları alt-üst edərək, vərdiş etdiyimiz ikiölçülü xalça müstəvisini üçölçülü məkana çevirir.
Bu günədək yaratdığı ən iddialı əsərdə - xüsusi sifarişlə çəkilən filmdə - rəssam Şoca Azəri XII əsrdə Nizami Gəncəvinin yazdığı "Həft peykər" ("Yeddi gözəl") romantik poemanı yaddaşda canlandırır. "Yeddi gözəl" adlı eyhamlı poemanın əsas mövzusu bəşəriyyətin maarifləndirməsində istifadə olunan özünü dərketmədir.
Rəssam Əli Bənisədr sərgidə nümayiş etmək üçün özünün bu günədək yaratdığı ən böyük əsərini gətirib. Əsər hər bir mövzunu əhatə edən, Atəş və Nur simvolizminə əsaslanan triptix formatında işlənərək hazırlanıb. Vaxtilə həm Azərbaycanda, həm də İranda yayılmış bu ünsürlər, habelə fars dilində "Atəşin keşikçiləri" mənasını verən "Azərbaycan" sözünün özü də Zərdüştlüyün regionda bərqərar olunması ilə bağlı nişanələrdir. Boyalardan və rəngkarlıq texnikasından məharətlə istifadə edən rəssam uşaqlıqdan xatirələrində həkk olunan obrazları, özünəməxsus tarixi dərketmə üsullarını və gündəlik həyatla bağlı müşahidələrini kətan üzərinə köçürür. Bu zaman o, hərəkət, enerji və mücərrədlik kimi məziyyətləri izhar edərək bəşəriyyətə məxsus olan və bəsirət gözü ilə görünən əlamətləri canlandırır. Əli Bənisədrin ərsəyə gətirdiyi əsərlər bir çox dövlət müzeylərinin, o cümlədən Nyu-Yorkun "Metropoliten" İncəsənət Muzeyinin, Los-Anceles Müasir İncəsənət Muzeyinin, "Saatçı" Sərgi Salonunun və Londonda yerləşən Britaniya Muzeyinin kolleksiyalarında saxlanılır.
Azərbaycanlı rəssam Əli Həsənov gündəlik istifadə etdiyimiz əşyalara yeni məna əta edir. Onun 2012-ci ildə yaratdığı "Sahiblər" adlı əsərində keçmiş Sovet məkanında geniş yayılmış, təmizlik aləti olan yüzlərlə süpürgə bir-biri ilə birləşdirilərək heykəltəraşlıq kompozisiyanı təşkil edirlər.
Rəssam Taus Maxaçeva 2012-ci ildə Liverpul Biennalesində nümayiş olunan və Böyük İpək Yolunda yerləşən tərk edilmiş şəhər - Qamsutl haqqında eyniadlı filmi təqdim edəcək. Filmdə çəkilmiş baş qəhrəman rəqs edərək hazırda qismən tərk edilmiş şəhərin görüntülərini tamaşaçının nəzərinə çatdırır.
"Slavyanlar və Tatarlar" rəssamlar qrupunun 2012-ci ildə təbii ölçüdə yaratdığı "Molla Nəsrəddin-Antimodernist" adlı heykəltəraşlıq əsəri XIII əsrdə yaşamış məşhur sufi filosofu haqqında bəhs edir və həm böyüklər, həm də uşaqlar üçün müəyyən mənada "oyun meydançası" rolunu oynayır. Tamaşaçıların iştirakını nəzərdə tutan əsəri yaratmaqla, müəlliflər sadə yumor hisslərini işə salaraq, səxavət və iştirakçılıq kimi məziyyətləri bir daha vurğulamış olurlar. Bundan başqa, XX əsrin əvvələrində yaradılan Azərbaycanın əfsanəvi satirik personajı Molla Nəsrəddin nəinki milli mənliyin formalaşmasına təsir edib, həmçinin, mətbuatın gücünü nümayiş etdirməyə müvəffəq olub. Yaratdıqları "Love Me, Love Me Not" instalyasiyasında müəlliflər məsələnin ziddiyyətli mahiyyətini aşkar etmək məqsədilə ikinci dərəcəli məqamlardan imtina edirlər - bölgədə vaxtaşırı özünü büruzə verən təkamülü izhar edən və uşaqların bir-biri ilə dalaşmasına bənzəyən ənənələr uğrunda döyüş bütün nəhəng şəhərləri əhatə edir. Bu məsələ keçirilən sərginin əsas mövzusunu təşkil edir.
Azərbaycanın və qonşu ölkələrin rəssamlarını bir tədbirdə toplayaraq, "Love Me, Love Me Not" sərgisi qeyd olunan ölkələrin müasir incəsənətinə dair yeni nöqteyi-nəzəri təqdim edir.
Kataloq:
Redaktorları tədbirin kuratoru xanım Dina Naseri-Xadivi və Fərəh Rəhim İsmayıl olan kataloqun hazırlanmasında aşağıda qeyd olunan mütəxəssislər iştirak edib:
Nəda Rəza, "Teyt Modern" Sərgi Salonunun kurator köməkçisi
Nikolas Kullinan, "Metropoliten" İncəsənət Muzeyinin Müasir və Modern İncəsənəti üzrə kurator
Nigar Əzimi, yazıçı və "Bidoun Projects" buraxılışlarının baş redaktoru
Monika Steynberq, aspirant, Nyu-York Şəhər Universitetinin aspiranturası
Suad Qarayeva, yazıçı, Rusiya, Mərkəzi Asiya və Qafqaz ölkələrinin müasir incəsənəti üzrə mütəxəssis
"Slavyanlar və Tatarlar" - Berlin divarından şərqə doğru və Böyük Çin Səddindən qərbə doğru yerləşən və "Avrasiya" adı ilə tanınan məkanda qələm münaqişəsi və yaxın dostluq fəaliyyəti ilə məşğul olan fraksiyadır. Rəssamlar qrupunun fəaliyyəti müxtəlif incəsənət istiqamətlərini və texnologiyalarını, yuxarı və aşağı səviyyəli dövlət reyestrində əks olunan qeydləri, habelə son zamanlar unudulan slavyanlar, qafqazlılar və mərkəzi asiyalıların qarşılıqlı təsiri mövzusunu əhatə edir.
"Love Me, Love Me Not" Azərbaycanda müasir incəsənətinin inkişafı və dəstəklənməsi ilə məşğul olan, qeyri-kommersiya əsaslarında fəaliyyət göstərən "YARAT" Müasir İncəsənət Təşkilatının layihəsidir.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı