Xəbərlər

Azərbaycanda vergi dərəcələri optimallaşdırılacaq
03 aprel, 2014 10:30

Bu barədə vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirovun “Respublika” qəzetində dərc olunan müsahibəsində qeyd olunub.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq Azərbaycanın vergi xidmətinin qarşısında müasir inkişaf tələblərinə cavab verə biləcək vergi sisteminin formalaşdırılması, səmərəli vergi siyasətinin həyata keçirilməsi kimi mühüm vəzifələr durur.

Nazir müavini qeyd edib ki, Konsepsiyaya əsasən iqtisadi sistemin rəqabət qabiliyyətinin daha da artırılması məqsədi ilə kompleks tədbirlərin həyata keçirilməsi, vergi dərəcələrinin optimallaşdırılması təmin olunacaq.

Onun sözlərinə görə, bunlar da sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına kömək edəcək.

“Ölkə iqtisadiyyatının inkişaf strategiyasına uyğun olaraq optimal vergi yükünün təmin olunması, vergi sisteminin inkişafı istiqamətində kompleks tədbirlərin davam etdirilməsi ilə iqtisadi subyektlərin aktivliyinin artması və maliyyə imkanlarının genişlənməsi büdcə daxilolmalarının artımına da müsbət təsir göstərəcək” - deyə, o müsahibəsində bildirib.

Nazir müavini xatırladıb ki, İnkişaf Konsepsiyasının icrası məqsədilə vergi sisteminin qarşısında müəyyən edilən strateji vəzifələrin yerinə yetirilməsi məqsədilə Strateji Plan və Strategiya təsdiqlənib.
 
O qeyd edib ki, Strateji plana əsasən, növbəti 7 il ərzində Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması, aktiv vergi siyasətinə keçidin təmin edilməsi, nağdsız ödənişlərin stimullaşdırılması, e-kommersiyaya vergi nəzarətinin təşkili, ümumi bəyannamə sisteminə keçid və digər mühüm layihələrin icrası nəzərdə tutulur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.