Gün.Az xəbər verir ki, hərbi hissənin rəhbəri polkovnik Mais Barxudarov əsgər və hərbçilər adından millət vəkilinə təşəkkürünü bildirib.
Ön cəbhədə əsgər və hərbçilərimiz üçün müəllifi olduğu kitabın imzalanma mərasiminin təşkili üçün Silahlı Qüvvələrin rəhbərliyinə təşəkkürünü bildirənQ.Paşayeva bu tədbirin, kitablarının təqdimatı və imzalanma tədbirlərinin hamısının onun üçün daha böyük məna daşıdığını deyib.
Millət vəkili kitab haqqında məlumat verərək bildirib ki, “Dünyanı dəyişən alimlər” adlı kitabının nəşr edilməsində məqsəd gənclərin elmə daha da meyillənməsinə dəstək göstərməkdir.
“Ölkəmizin möhkəmliyi üçün gələcək nəslin nümayəndələrinin savadlı, təhsilli və elmə meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir! Bu kitabda dünya, elm və inkişaf tarixinə adını qızıl hərflərlə yazmış bir neçə azərbaycanlı alimin də həyat yolu, düşüncələri, dünyaya və insanlığa verdiyi töhfələr öz əksini tapır. Ümid edirəm ki, kitab xoşunuza gələcək” – Q.Paşayeva deyib.
O, əsgər və hərbçilərə müəllifi olduğu kitablar barədə qısa məlumat verdikdən sonra onlarla toplumda kitab oxumağa meyilliyin artmasının vacibliyi barədə fikir mübadiləsi də aparıb. Sonra əsgər və hərbçilər üçün “Dünyanı dəyişən alimlər” kitabını imzalayaraq hədiyyə edən millət vəkili həyatında hər zaman yadda qalacaq günlərdən birini yaşadığını deyib.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı