Novruz Məmmədov Türkiyədə keçirilən seçkiləri möhtəşəm adlandırdı
01 aprel, 2014 10:24
Gün.Az xəbər verir ki, Novruz Məmmədov“Twitter”də mikrobloqunda Türkiyədə keçirilən bələdiyyə seçkilərini möhtəşəm adlandırıb.
“Ötən gecəni Türkiyədəki seçkilərlə bağlı prosesləri izləmişəm. Möhtəşəm seçkilər. Türkiyə seçimini etdi”.
Qeyd edək ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirilib və ilkin nəticələrə görə hakim partiya AKP qələbə çalıb.