Xəbərlər

Növbəti ildə təhsil müddətinin uzadılması gözlənilir
01 aprel, 2014 09:16

Gün.Az xəbər verir ki, bunu təhsil nazirinin müaviniCeyhun Bayramov jurnalistlərə deyib.

O bildirib ki, növbəti ildə təhsil müddətinin uzadılması gözlənilir.

“Ancaq bu tədris ili planlaşdırılmış halda başa çatacaq. Çünki təhsilin uzadılması tədris proqramları ilə bağlıdır, bunu dərs ilinin ortasında etmək düzgün olmaz” - deyə nazir müavini bildirib.

C.Bayramovun sözlərinə görə, Azərbaycanda cəmi 32 tədris həftəsi var.

“Bu çox aşağı bir göstəricidir. Digər ölkələrdə bu müddət 38 həftədir. Bəzi ölkələrdə isə bu 40-42-43 həftəyə çatır. Yəni, 32 həftə kifayət qədər qısadır. Tədris proqramı kifayət qədər ağırdır, zaman inkişaf etdikcə bu tədricən yüngülləşmir. Tədris müddətini azaltmaqla 1 günə düşən dərs yükünü artırırıq.

Bu da bir çox hallarda valideynlərin haqlı narazılığına səbəb olur” - C.Bayramov deyib.

Nazir müavinin sözlərinə görə, tədris həftələrinin ilinin əvvəlində və ya sonunda artırılması ilə bağlı dəqiq qərar qəbul olunmayıb.

“Ancaq böyük ehtimalla bu, dərs ilinin sonuna günlərin əlavə olunması hesabına uzadılacaq. Dərs müddəti 3 həftəyədək artırılacaq” - deyə o qeyd edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.