Türkiyənin xarici borcu 388 milyard dolları ötüb
01 aprel, 2014 09:26
Gün.Az xəbər verir ki, bu barədə Türkiyənin Xəzinə Müstəşarlığının 2013-cü ilin statistikası ilə bağlı məlumatında qeyd olunub.
Statistikaya görə, Türkiyənin ümumi xarici borcunda özəl sektorun borc payı 68,8% təşkil edib.
Belə ki, özəl sektorun borcu 267 milyard dollar, dövlət sektorunun borcu 116 milyard dollar, Mərkəzi Bankın borcu isə 5,2 milyard dollar olub.
Məlumata görə, Türkiyədə dövlət sektorunun xarici borcu uzunmüddətli kredit şəklində götürülüb.
Özəl sektorun xarici borcunun isə 110,7 milyard dolları qısamüddətli, 156,4 milyard dolları isə uzunmüddətli borclar təşkil edir.
Özəl sektorun qısamüddətli borcunun 72 milyard dolları bank sektorunun payına düşür.