Xəbərlər

Fazil Mustafa: “AKP-nin bələdiyyə seçkilərində qələbə çalması sürpriz olmadı”
31 mart, 2014 12:35

Bu barədə Gün.Az-a seçkilərin nəticələrini şərh edən millət vəkili Fazil Mustafa bildirib.

O qeyd edib ki, Türkiyədə bir qayda olaraq seçkilərdən əvvəl ictimai rəy sorğuları keçirilir və həmin sorğular çox vaxt insanların hansı partiyaya nə qədər səs verəcəyin, hansı bələdiyyələrdə kimin qazanacağı dəqiq müəyyən edə bilir. Ona görə də seçkilərin nəticələri çox da sürpriz olmur.

Millət vəkilinin sözlərinə görə, bu Türkiyədə seçki texnologiyasının artıq cəmiyyətin bütün təbəqələri tərəfindən mənimsənilməsindən doğan bir haldır.

“Hesab edirəm ki, bu məsələdə hər halda gözlənilən baş verdi. Bələdiyyə seçkiləri təkcə siyasi seçkilər deyil, həm də fəaliyyət seçkiləridir. Təbii ki, partiyaya da səs verirlər. Amma konkret olaraq yerlərdə, bələdiyyələrdə kim daha çox iş görürsə, konkret namizədə, konkret iş görən cinaha daha çox üstünlük verirlər.

İndi 20 ildir AKP həmin cinahda aparıcı bir fəaliyyəti ilə seçilir. İstanbulda, Ankarada 20 ildir seçkiləri qazanmaq həm də görülən işlərin mükafatıdır. O baxımdan seçkilərdə sürpriz olmadı, nə düşünülürüsə, nəzərdə tutulmuşdursa, o da baş verdi. Bu da onu göstərdi ki, hələ yaxın gələcəkdə Türkyə siyasətində AKP-nin müəyyən ağırlığı qalacaq”, - F.Mustafa deyib.

Millət vəkili Türkiyədə narazı qüvvələr də olduğunu və onların narazılığının müəyyən haqlı əsaslarının olmasını vurğulayıb.

“Amma görülən işi, nə baş verdiyini  hər halda xalq daha yaxşı qiymətləndirir. Kənardan elə bilirik ki, kimsə küçəyə çıxdısa bu çoxluqdur, kimsə nəyəsə etiraz etdi,  kasset yaydısa haqlıdır. Amma cəmiyyətin qiymətləndirməsi başqadır.

Cəmiyyət iş tələb edir və əgər bu iş varsa, kimsə hər hansı bir şəkildə bu məsələdə ədalətsiz davranmağa maraqlı olmaz. Ola biər 1-2 fazi ədalətsiz yanaşsın, amma bütunlikdə xalqın ədalətsiz seçim etməsini düşünmək olmaz. Yəni onlar real vəziyyəti bizdən daha yaxşı qiymətləndirirlər”.

F.Mustafanın sözlərinə görə, AKP-nin qalib gəlməsi həm də başqa bir səbəbdən də daha aktual oldu.

“Bu məsələdə xarici faktor da önəmli rol oynadı. Yəni Türkiyə cəmiyyətinin mühafizəkar kəsimində belə bir düşüncə formalaşdı ki, xaricdən hakimiyyətə ciddi təzyiq var və hakimiyyətin devrilməsi üçün ciddi işlər görülür.

Türk cəmiyyəti bu cür hallara daha həssas münasibət bildirir və bu dəfə də onu göstərdilər. Bəlkə də Ərdoğana bu qədər təzyiqlər olmasaydı nəticələr belə olmazdı”, - millət vəkili əlavə edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.