Xəbərlər

Vüqar Bayramov: Mərkəzi Bank banklara mərkəzləşdirilmiş kredit resurslarının həcmini artırmalıdır
31 mart, 2014 10:42

- Avtomobil kreditləşməsinin dayandırılmasından sonra kreditləşmənin nisbətən yumşaldılması avtomobil kreditləşməsinə ciddi təsir göstərməyib. Birmənalı şəkildə şərtlər ağırdır. Bu şərtlər vətəndaşlara avtomobil kreditləşməsindən istifadə imkanı vermir. Çünki ilkin ödəniş yenə də yüksək olaraq qalır. Məbləğin yüksək olması vətəndaşların avtomobil kreditlərindən səmərəli istifadə etməsinə əngəllər yaradır.

Bu baxımdan son dəyişikliklərdən sonra birmənalı şəkildə bankların kreditləşmə sahəsində hər hansı ciddi dəyişikliyin olduğunu demək mümkün deyil. Bu gün banklarda müşahidə edilən proses ondan ibarətdir ki, bankların rentabelliyində azalmalar müşahidə edilir. Çünki bankların kredit qoyuluşları aşağı düşüb. Kredit qoyuluşlarının aşağı düşməsi rentabelliliyə təsir göstərib.

Azərbaycanda bankların mövcud iqtisadi göstəricilərinə diqqət yetirsək və nəzərə alsaq ki, bankların kredit qoyuluşu 15 milyard manatdan bir az çox, aktivlər isə 20,5 milyard manatdır. Bu o deməkdir ki, əslində bankların kredit qoyuluşları onun aktivlərinin 74%-ni təşkil edir. Və sözsüz bu kifayət qədər ciddi rəqəmdir və bu da ondan xəbər verir ki, kredit qoyuluşlarının azaldılması birmənalı şəkildə bankların səmərəli və rentabelli işləməsinə imkan vermir.

Və ilk 3 ayın yekunları göstərir ki, kreditləşmənin  azaldılması bank sektoruna, bankların özünə mənfi təsir göstərib. Problemli kreditlərin həcmində hələlik ciddi azalma yoxdur, əksinə bu gün müşahidə edilən problem bankların rentabelliyinin, xüsusən nağd likvidliyinin aşağı düşməsidir.

- Kreditləşmənin azalması sığorta bazarına nə dərəcədə təsir edib?

- Satılan avtomobillərin 80 faizi kreditlə satılan avtomobillər idi. Kreditlə satılan avtomobillər də mütləq sığortalanmalı idi. O baxımdan kreditləşmənin aşağı düşməsi sığortaya da təsir göstərib. Sığorta yığımlarında ciddi azalmalar var.

İndiki halda kredit olmadan qısa zamanda sığortaya maraq yaratmaq çox çətindir. Çünki sığortaya marağın formalaşdırılması zaman tələb edir. Və qısa zamanda bunun reallaşması mümkün deyil. Əgər kreditləşmə artmazsa, birmənalı şəkildə sığorta müqavilələrinin artması da müşahidə edilməyəcək.

- Sizcə, bu məqamda Mərkəzi Bank tərəfindən hansı addımların atılması arzuolunandır?

- Birmənalı şəkildə bankların kredit qoyuluşunun ciddi məhdudlaşdırılması arzuolunan deyildi. Bu gün Azərbaycanda faiz bankçılığı və ya kredit bankçılığı fəaliyyət göstərir. Və əgər banklar kredit vermirlərsə, onların gəlirləri haradan əldə edilsin.

Mərkəzi Bank mövcud ilkin nəticələri nəzərə almaqla bankların kredit qoyuluşundakı sərtliyin yumşaldılmasına nail olmalıdır. Bütövlükdə banklara mərkəzləşdirilmiş kredit resurslarının həcmini artırmalıdır.

Çünki mərkəzləşdirilmiş kredit resursları Mərkəzi Bankın uçot dərəcəsi ilə verilir. Və bu da kommersiya banlarına imkan verə bilər ki, daha ucuz kreditlər cəlb edə bilsinlər. Daha ucuz kreditlərin cəlb edilməsi də kommersiya banklarında likvidliyin, eləcə də nağd likvidliyin müəyyən mənada bərpa edilməsinə imkan yarada bilər.

Bir sözlə, sərt kredit siyasətindən yumşaq kredit siyasətinə keçilməsi olduqca vacibdir. Və eyni zamanda Mərkəzi Bank kommersiya banklarına öz mərkəzləşdirilmiş resurslarından istifadə imkanları yaratmalıdır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.