Paralimpiyaçımız İngiltərədəki Dünya Kubokunun gümüş medalçısı oldu
27 mart, 2014 16:43
İngiltərənin Stok Mandevil şəhərində atıcılıq üzrə Dünya Kubokuna start verildi.
ERtv Azərbaycan Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, pnevmatik silahdan atıcılıqda idmançımız Yelena Taranova 368 xal toplayaraq finala çıxıb, burada isə 195.6 xalla yarışın gümüş medalçısı olub.
Ümumilikdə, İngiltərədəki Dünya Kubokunda 22 ölkədən 102 idmançı iştirak edir.