SAM-ın dəstəyi ilə “Azərbaycan 1941-1945: Şöhrət ordeni kavalerləri” kitabı dərc edilib
27 mart, 2014 16:42
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəstəyi ilə “Azərbaycan 1941-1945: Şöhrət ordeni kavalerləri” kitabı dərc edilib.
ERtv-yə SAM-dan bildiriblər ki, kitabda 15 nəfər tam Şöhrət ordeni kavalerləri və 180 nəfər sadə Şöhrət ordeni kavalerləri barədə bioqrafik məlumat toplanıb.
Müəllifinin ölkəmizdə və xaricdə tanınan Böyük Vətən müharibəsi tarixinin tədqiqatçısı Azad Hüseynovun olduğu bu kitab Azərbaycan oğullarının 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində keçdiyi şanlı döyüş yolu və göstərdikləri qəhramanlıqları gözəl şəkildə oxucuların diqqətinə çatdırıb.
A.Hüseynovun sözlərinə görə növbəti kitabını Aleksandr Nevski ordeninin kavalerlərinə həsr edəcək.