Xəbərlər

Azərbaycanlı gənc yazarın adı Rusiyanın nüfuzlu müsabiqəsində qaliblər sırasına düşüb
27 mart, 2014 16:40

Azərbaycanlı gənc şair və yazıçı Nicat Məmmədovun adı Rusiyanın nüfuzlu “Russkaya Premiya” beynəlxalq ədəbiyyat müsabiqəsinin finalçıları siyahısına düşüb.

ERtv-nin sözügedən müsabiqənin rəsmi www.russpremia.ru saytına istinadən verdiyi məlumata görə, martın 25-də Moskvada “Russkaya Premiya”nın 2013-cü ilin nəticələri üzrə “qısa siyahısı” elan olunub.

Siyahıya 6 ölkədən – Azərbaycan, Qazaxıstan, Özbəkistan, Ukrayna, Belorus və ABŞ-dan olan 9 yazıçı və şairin adı daxil edilib. Onlar hər birində 3 nəfər olmaqla 3 nominasiya – “Poeziya”, “Kiçik nəsr” və “Böyük nəsr” nominasiyaları üzrə bölünüblər.

Soydaşımız N.Məmmədovun daxil olduğu “Poeziya” nominasiyasında Özbəkistanın tanınmış yazıçısı Şamşad Abdullayev və Ukraynadan olan yazıçı Andrey Polyakovun da adı yer alıb.

Münsiflər heyətinin sədri Sergey Çuprin azərbaycanlı gənc yazar N.Məmmədovun yaradıcılığını xüsusi qeyd edib və onun adının tanınmış yazarlarla bir siyahıya düşməsini çox böyük uğur kimi qələmə verib.

Yazıçı Alpay Əhmədov da N.Məmmədovun adının Rusiyanın nüfuzlu ədəbi müsabiqəsində finalçılar siyahısına düşməsini çox böyük uğur kimi qiymətləndirib.

“Nicat Məmmədov Azərbaycanda ədəbiyyata böyük sevgisi olan, barmaqla sayılan şairlərdən biridir. Onun bədii intellektual səviyyəsi imkan verir ki, dünyanın istənilən ədəbiyyat adamı ilə oturub söhbət etsin.

Belə bir adamın Azərbaycandan ilk dəfə olaraq Rusiyanın nüfuzlu ədəbi müsabiqəsində Özbəkistanın tanınmış yazıçısı Şamşad Abdullayevlə birgə finalçılar siyahısına düşməsini çox yüksək qiymətləndirirəm. Bu, tək onun üçün deyil, bütünlükdə Azərbaycan üçün çox böyük bir uğurdur”- deyə, A.Əhmədov vurğulayıb.

Qeyd edək ki, hər üç nominasiya üzrə qaliblərin adı aprelin 22-də Moskvada keçiriləcək təltifetmə mərasimində açıqlanacaq.

Məlumat üçün bildirək ki, “Russkaya Premiya” beynəlxalq ədəbiyyat müsabiqəsi 2005-ci ildə rus dilinin qorunub saxlanması və inkişafı, eləcə də dünyadakı  rusdilli yazarlara dəstək məqsədilə təsis olunub.

Ekspertlərin qiymətləndirməsinə görə, sözügedən müsabiqə Rusiyada ədəbiyyat sahəsi üzrə ən nüfuzlu 5 müsabiqə sırasına daxildir.

Təsis olunduğu vaxtdan bu günə kimi müsabiqədə 26 ölkədən 70-dən çox yazıçı və şairin adı laureatlar sırasında yer alıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.