Roma papasının xeyir-duası ilə çəkilən və dünyanın su basmasından bəhs edən “Nuh” filmi İslam dininə etiqad edən bir sıra ölkələrdə nümayiş etdirilməyəcək.
ERtv xəbər verir ki, Bibliyaya əsasən çəkilən film Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirliyi kimi müsəlman ölkələrində qadağan edilib.
Qahirə universitetlərindən biri İslam prinsiplərinə əsaslanan qərar da çıxarıb. 240 milyonluq əhalisinin 88% faizi müsəlman olan İndoneziyanın da boykota qoşulduğu bildirilir.
Filmin qadağan olunmasına orada peyğəmbərin (ə) simasının göstərilməsi səbəb olub. Səbəblər sırasında filmin süjet xəttinin Qurana uyğun olmaması da göstərilir.
Ekran əsərində Nuh peyğəmbəri (ə) məşhur aktyor Rassel Krou canlandırır.
Qeyd edək ki, filmin Azərbaycan prokatına martın 27-də start veriləcək.