Xəbərlər

AFFA-nın intizam komitəsi "Rəvan"ı 5 min manat məbləğində cərimə etdi
25 mart, 2014 22:03

AFFA-nın intizam komitəsi növbəti iclasda Premyer-Liqa, I Divizion və Azərbaycan kubokunun son oyunları ilə bağlı bir sıra qərarlar qəbul edib.

ERtv PFL-in saytına istinadən xəbər verir ki, Azərbaycan kubokunun ¼ final “Xəzər Lənkəran” – “Araz Naxçıvan” matçında hər iki klubunun 4  futbolçusunun sarı vərəqə cəzalandığı üçün “Xəzər Lənkəran” klubu 1000 manat,  “Araz Naxçıvan” klubu 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan kubokunun ¼ final “Neftçi” – “İnter” matçında “Neftçi” klubunun 4  futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Azərbaycan kubokunun ¼ final “Qarabağ” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4  futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Azərbaycan kubokunun ¼ final “Bakı” – “Rəvan” matçının 43-cü dəqiqəsində “Rəvan” klubunun məşqçisi Gündüz Hindal hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (maddə 42.4).

Topaz Premyer Liqasının XXVII turunun “Xəzər Lənkəran” – “Simurq” matçının 86-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

Topaz Premyer Liqasının XXVII turunun “Rəvan” – “Neftçi” matçının 71-ci dəqiqəsində “Rəvan” klubunun 40 №-li futbolçusu Mişel Patrik Balakoq idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Əvəzedici heyətlərin XXVII turunun “Xəzər Lənkəran” – “Simurq” matçında “Simurq” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Oyun 35-ci dəqiqəsində “Simurq” klubunun baş məşqçisi Rövşən Babayev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 2500 manat cərimə olunur (maddə 42.4).

Azərbaycan I Divizionunun XXII turunun “Karvan” – “Şahdağ” matçının 80-ci dəqiqəsində “Şahdağ” klubunun  məşqçisi Vahid Həşimov texniki zona qaydalarını pozduğuna görə  meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 62).

Azərbaycan I Divizionunun XXII  turunun “Mil-Muğan” – “Neftçala” matçının 74-cü dəqiqəsində “Neftçala” klubunun 18 №-li futbolçusu Aqşin Həşimov aqressiv hərəkətə  görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 38.1).

Oyunun 74-cü dəqiqəsində “Mil-Muğan” klubunun 10 №-li futbolçusu Rəmzi Məmmədov hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.