Xəbərlər

Azərbaycanın tədiyyə balansının ümumi profisiti 20,48 faiz azalıb
25 mart, 2014 21:53

2013-cü ilin yekunlarına görə, cari əməliyyat hesablarının profisiti 12,3 milyard dollar təşkil edib. Bu rəqəm 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 17,22 faiz azalıb.

ERtv xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı tədiyyə balansında deyilir.

O cümlədən, həmin dövrdə neft-qaz sektorunun cari əməliyyat hesablarının profisiti 22,1 milyard dollar olub. Neft-qaz sektorunun cari əməliyyat hesablarının profisiti qeyri-neft sektorunun cari əməliyyat hesablarının 9,8 milyard dollar həcmində kəsirini tam ödəyir.

Tədiyyə balansının ümumi profisiti 20,48 faiz azalaraq 3,84 milyard dollar olub. Sektorlar üzrə tədiyyə balansının təhlili göstərdi ki, əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də neft-qaz sektorunda xarici iqtisadi əməliyyatlar müsbət saldoya, qeyri-neft sektorunda isə mənfi saldoya malik olub. 2013-cü ildə xarici ticarət dövriyyəsinin ümumi həcmi 42,9 milyard manat, xarici ticarət balansının müsbət saldosu isə 20,6 milyard dollar təşkil edib.

Bu dövrdə 152 ölkə ilə ticarət münasibətləri qurulub. Ticarət dövriyyəsinin 9,9 faizi MDB ölkələrinin, 90,1 faizi isə digər xarici ölkələrin payına düşüb. İtaliya, Böyük Britaniya, Türkiyə, İndoneziya, ABŞ, Rusiya, Almaniya, Tailand, Yaponiya, Fransa ilə intensiv ticarət aparılıb. Azərbaycanın ixrac-idxal əməliyyatlarının 68,9 faizi bu ölkələrin payına düşür.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.